“Bank of Baku”nun rüşvət alan eks-əməkdaşının cəzası azaldıldı

3-04-2025, 10:21 106 dəfə baxılıb

 

Şirvan Apellyasiya Məhkəməsində taksi sürücüsü işləyən qohumu ilə əlbir olub “Bank of Baku”nun Şirvan filialında külli miqdarda qanunsuz kredit ayırmaqda təqsirləndirilən həmin bankın kredit mütəxəssisi Bəhrəm Abbasov və qohumu Əziz Rzayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bəhrəm Abbasovun 8 il 6 ay və Əziz Rzayevin isə 8 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası 8 il 1 aya endirilib.

İttihama görə, bankın kredit mütəxəssisi Bəhrəm Abbasov taksi fəaliyyəti ilə məşğul olan qohumu Əziz Rzayev ilə əlbir olub onlara müraciət edən, eləcə də qanunla kredit ayrılması mümkün olmayan şəxslər barəsində bankın sənədlərinə yalan məlumatlar daxil etməklə 168 min 200 manat qanunsuz kredit ayırıb.

Həmçinin kredit üçün müraciət etmiş şəxslərdən ayrılan məbləğin müəyyən hissəsini rüşvət qismində almaqda ittiham edilib.

Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Əziz Rzayev isə ona kredit üçün müraciət etmiş şəxsləri yönləndirərək onları müxtəlif yerlərdən banka aparıb-gətirmək işləri ilə məşğul olub.

Bəhrəm Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Əziz Rzayev isə həmin məcəllənin 32.5, 308.1, 32.5, 311.3.2 və 32.5, 313 (qeyd edilən cinayətlərdə kömək etmə) maddələri ilə ittiham ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhrəm Abbasov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polisin nəzarətinə vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib. Cinayət işi üzrə təqsirləndirilən taksi fəaliyyəti ilə məşğul olmuş və Bəhrəm Abbasovun qohumu Rzayev Əziz Xəqani oğlu isə 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Onun barəsində də polisin nəzarətinə vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930