Azərbaycan – Litva matçının məkanı dəyişdirildi

3-09-2026, 10:18 142 dəfə baxılıb

 

Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də baş tutacaq UEFA Millətlər Liqası qarşılaşmasının məkanı dəyişdirilib.

Yenisirvanli.İnfo.Az AFFA-ya istinadən xəbər verir ki, əvvəlcə Gəncə şəhərində keçirilməsi planlaşdırılan oyun Bakıda təşkil olunacaq.

Qərar tərəflər arasında aparılan əlavə müzakirələr və qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin qiymətləndirilməsindən sonra qəbul edilib.

Qarşılaşmanın Bakıda keçirilməsi ilə bağlı qərar UEFA ilə də razılaşdırılıb.

AFFA-dan bildirilib ki, oyunun məkanının dəyişdirilməsi Gəncə stadionunun qarşılaşmanı qəbul etməyə hazır olmaması ilə əlaqədar deyil.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930