Bu mövsüm Çempionlar Liqasında 100 milyon QAZANDILAR

18-04-2025, 20:36 153 dəfə baxılıb

2024/25 mövsümü Çempionlar Liqasında indiyədək ən çox qazanc əldə edən klublar müəyyənləşib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “Football Meets Data” adlı analitik platforma məlumat yayıb.

Siyahıya PSJ başçılıq edir. Fransa çempionu 119,4 milyon avro mükafat qazanıb və bu göstərici turnirdə iştirak edən bütün klublar arasında ən yüksək nəticədir.

Mənbənin məlumatına görə, ikinci yerdə Milanın “İnter” klubu qərarlaşıb – 118,1 milyon avro. Üçüncü pillədə isə Londondan “Arsenal” gəlir – 117 milyon avro.

Cari mövsüm Çempionlar Liqasında ən çox qazanan 10 klub:

1. PSJ – 119,4 milyon avro

2. “İnter” – 118,1 milyon avro

3. “Arsenal” – 117 milyon avro

4. “Barselona” – 116,6 milyon avro

5. “Bavariya” – 105,9 milyon avro

6. “Borussiya” Dortmund – 102,2 milyon avro

7. “Real” Madrid – 101,8 milyon avro

8. “Liverpul” – 98,1 milyon avro

9. “Bayer” Leverkuzen – 87,1 milyon avro

10. “Atletiko” – 84,9 milyon avro

Hazırda siyahıda lider olan PSJ Çempionlar Liqasının yarımfinalına yüksəlib və bu mərhələdə “Arsenal”la qarşılaşacaq.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031