UEFA Çempionlar Liqasında bu gecə iki qarşılaşma baş tutacaq

9-04-2025, 10:36 78 dəfə baxılıb

 

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində ilk oyunlara daha iki qarşılaşma ilə yekun vurulacaq.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, günün oyunlarında İspaniyanın “Barselona” klubu Almaniya təmsilçisi “Borussiya Dortmund”u, Fransanın PSJ-si isə İngiltərənin sürpriz komandası “Aston Villa”nı qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, turnirin ilk oyun günündə maraqlı nəticələr qeydə alınıb. “Arsenal” doğma meydanda “Real Madrid” üzərində inamlı qələbə qazanaraq rəqibini 3:0 hesabı ilə məğlub edib. Digər görüşdə isə gözlənilməz nəticə yaşanıb – “Bavariya” öz meydanında favorit hesab olunduğu matçda “İnter”ə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, cavab qarşılaşmaları gələn həftə – aprelin 15-i və 16-da baş tutacaq.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930