Argentina Braziliyanı darmadağın etdi

26-03-2025, 10:52 156 dəfə baxılıb

 

DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində öz meydanında Braziliyanı məğlub edən (4:1) Argentina millisi iki tarixi rekorda imza atıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, məlumata görə, Argentina Cənubi Amerika üzrə seçmə mərhələlərdə Braziliya ilə hər iki matçda qalib gələn ilk komanda olub.

Bundan əlavə, “tanqoçular” dünya çempionatının seçmə mərhələlərində Braziliyaya dörd qol vuran ilk rəqib ünvanına yiyələnib.

Qeyd edək ki, Lionel Skaloninin rəhbərlik etdiyi kollektiv Cənubi Amerika zonasından DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan ilk komanda olub. Argentina hazırda 31 xalla turnir cədvəlinə başçılıq edir.//Report

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930