Bakıda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib

16-11-2026, 09:52 188 dəfə baxılıb

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, S.Əsgərova küçəsində vətəndaşların köməyə ehtiyacının olması barədə məlumat daxil olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Nazirlikdənbildirlib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, güclü külək nəticəsində irigövdəli ağacın aşaraq fərdi yaşayış evinin giriş-çıxış hissəsini bağlaması səbəbindən 2 nəfər sakinin evi tərk edə bilmədiyi müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşları təxliyə ediblər.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30