Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var – TƏFƏRRÜAT

12-11-2026, 11:49 130 dəfə baxılıb

 

Mingəçevirdə sabiq vəzifəli şəxsin iştirakı ilə restoranda dava baş verib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən restoranlardan birində qeydə alınıb.

Məlumata görə, münaqişədə fəaliyyəti ləğv edilmiş 5 saylı Magistral Yolların İstismarı MMC-nin sabiq rəisi Arif Abbasov da iştirak edib.

Bildirilir ki, mübahisə zamanı A.Abbasov qarşı tərəfə xəsarət yetirib.

Hadisə ilə bağlı polis əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər. Nəticədə Arif Abbasov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə A.Abbasov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma davam etdirilir.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30