Penitensiar Xidmətdə rəis olmuş Seyidbəyov qəza törətdi: QADIN ÖLDÜ... - Həm də yeraltı parkinqdə...

7-11-2026, 10:35 212 dəfə baxılıb

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb.
1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə parkinqdən çıxarkən Sadıqova Esmira Həsənağa qızını vurub.
71 yaşlı qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, H.Seyidbəyov əvvəllər yüksək vəzifələrdə çalışıb.

O, Penitensiar Xidmətin Rabitə və texniki təminat şöbəsinin rəisi vəzifəsini tutub.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30