İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı

4-11-2026, 10:00 144 dəfə baxılıb

 

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, ərazidə istirahət mərkəzinə giriş məhdudlaşdırılıb. Mərkəzə aparan piyada keçidi bağlanıb, həmçinin avtomobillərin hərəkətinə isə tamamilə qadağa qoyulub.

Mərkəzdən bildirilib ki, istintaq tədbirləri ilə əlaqədar obyektin fəaliyyəti ilin sonunadək dayandırılıb. Həmçinin o da qeyd olunub ki, gələcəkdə zəruri dəyişikliklər və müvafiq tədbirlər həyata keçirildikdən sonra fəaliyyətin bərpası məsələsinə baxıla bilər.

Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. Əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30