Qurban Bayramov vəfat etdi

2-11-2026, 10:11 111 dəfə baxılıb

 

Ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov 80 yaşında vəfat edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər.

Qeyd edək ki, Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 1972-ci ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan alim Səməd Vurğun, İlyas Əfəndiyev və digər ədiblərin yaradıcılığına dair tədqiqatların müəllifidir. Onun “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman” və digər elmi əsərləri nəşr olunub.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30