Xocalıda mina partladı, xəsarət alan var
Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.
Yenisirvanli.İnfo.Az bildirir ki, ”Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan Anar Həsənov adlı şəxsin Xankəndi Şəhər Xəstəxanasına çatdırıldığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: