Bakıda güclü külək 4 nəfəri xəstəxanalıq etdi
Güclü külək nəticəsində 4 nəfər xəsarət alıb.
Yenisirvanli.İnfo.Az bildirir ki, küləkli hava şəraiti ilə əlaqədar baş verən hadisələr nəticəsində üç qadın və bir kişi xəsarət alaraq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Xəsarət alan şəxslərə tibbi yardım göstərilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Onlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Mütəxəssislər güclü külək zamanı vətəndaşları diqqətli olmağa çağırıb.
Bildirilib ki, belə hava şəraitində mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmaqdan çəkinmək lazımdır.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: