Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı

3-09-2026, 10:38 143 dəfə baxılıb

 

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Yenisirvanli.İnfo.Az bildirir ki,  hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zəncirvari qəza zamanı "Infiniti", "Mazda" və VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri - Nemət İbrahim oğlu İsmayılov, Ərəstun Ramazan oğlu Əhmədov və daha üç nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930