Pula görə böyrəyini satmaq istədi, 6000 manat cərimə olundu

3-09-2026, 10:16 210 dəfə baxılıb

 

Azərbaycanda böyrəyini satmaq istəyən şəxs 6000 manat cərimələnib.

Yenisirvanli.İnfo.Az Xitab24.az-a istinadən xəbər verir ki, bununla bağlı Xətai Rayon Məhkəməsi qərar çıxarıb.

Cəriməyə məruz qalan şəxs Abşeron Rayon Məhkəməsinə müraciət edərək cərimə icrasının 6 ay müddətinə təxirə salınması və hissə-hissə ödənilməsinə icazə verilməsinə dair qərar qəbul edilməsini xahiş edib.

 Hazırda Ali Məhkəmənin baxışında olan cinayət işi üzrə məhkəmələr onu orqan, yəni böyrək alqı-satqısına cəhd etməkdə təqsirli biliblər.

Qərardan şikayət verən Valeh Qasımov (ad-soyad şərtidir) bildirib ki, məntiqlə düşünəndə 6000 manat cərimə ədalətsizdir:

“Tutaq ki, məhkəmə məni təqsirli bilməkdə haqlı olub. Əgər maddi sıxıntılara görə böyrəyimi satmaq istəmişəmsə, cəriməni necə ödəyəcəm? Yenidən böyrəyimi satacam?”

Şikayətçi bildirib ki, himayəsində bir azyaşlı uşağı var, yarımştat əmək müqaviləsi ilə fəaliyyət göstərir.

Valeh Qasımov sonradan məhkəməyə ərizə ünvanlayaraq şikayəti ilə bağlı təkrar müraciət edəcəyini bildirib.

O, hazırkı ərizənin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Hakim Abusət Qasımov şikayətçinin ərizəsini təmin edib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930