Şamaxıda yeznə qaynını döyüb xəstəxanalıq etdi

8-11-2025, 10:22 131 dəfə baxılıb

 

Şamaxıda kişi qaynını döyüb.


Yenisirvanli.info.az -ın məlumatına görə, hadisə rayonun Həmyəli kəndində baş verib. Kənd sakini Cəmil Qafarlı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisədən Cəmilin qayını Beydulla xəbər tutub və o, yeznəsi ilə bu barədə söhbət etmək istəyib. Beydulla bu məqsədlə Cəmilə zəng vuraraq, onu görüşə çağırıb. O, Cəmilə kənddəki "Tayva" adlanan əraziyə gəlməsini istəyib, Cəmil də razı olub. Axşam saatlarında Cəmil həmin əraziyə gəlib və Beydulla ilə görüşüb. Beydulla ona bacısını incitməməyi tapşırıb və buna görə ona irad tutub. Cəmil isə Beydullaya öz işi ilə məşğul olmasını, onun ailə işlərinə qarışmamasını tövsiyə edib. Bu vaxt Beydulla Cəmilə hücum edərək, onun yaxasından tutub, vurmaq istəyib. Cəmil bu zaman onun ağız və sifətindən vurub. Nəticədə Beydullanın ağızı və çənə nahiyəsi partlayıb, huşunu itirib. O, xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.


Hadisə yerinə polis əməkdaşları gəlib, Cəmil Qafarlı saxlanılıb.


Faktla bağlı cinayət işi başlayıb və iş məhkəməyə göndərilib. Şamaxı Rayon Məhkəməsində keçirilən prosesdə yeznə ilə qayın barışdığı üçün cinayət işinə xitam verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031