Bərdədə DƏHŞƏTLİ QƏZA: Ölənlərdən ikisi ata və oğuldur

28-10-2025, 14:32 134 dəfə baxılıb

 

Bərdədə üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.


Yenisirvanli.info.az -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saat 4-5 radələrində Mehdili kəndi ərazisində baş verib.


Hadisənin baş verməsinə səbəb iki "Lada Priora" markalı minik avtomobilinin toqquşması olub.


Hadisə nəticəsində həyatını itirənlər isə 1968-ci il təvəllüdlü Ələddin Əliyev, 2005-ci il təvəllüdlü Röyal Əliyev və 2003-cü il təvəllüdlü Səyyad Əliyevdir. Röyal Əliyevin Ələddin Əliyevin oğlu olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.


Əzizə İsmayılova


09:32


Bərdədə iki avtomobil toqquşub.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bərdə rayonunun Mehdili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.


Məlumatla əlaqədar nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.


Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı iki minik avtomobili toqquşub, iki nəfər avtomobillərdə sıxılı vəziyyətdə qalıb.


Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031