Sahil qəsəbəsi yaxınlığında vulkan püskürüb - Nazirlik helikopteri havaya qaldırdı

11-10-2025, 13:43 86 dəfə baxılıb


11 oktyabr 2025-ci il tarixində saat 08:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.


Yenisirvanli.info.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.


Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib.


Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.


Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.


09:12


Sahil qəsəbəsi, sement zavoduna yaxın ərazidə vulkan püskürməsi qeydə alınıb. Hadisə yerindən yayılan görüntülərdə vulkan kraterindən qalxan alov aydın görünür.


Yenisirvanli.info.az  Musavat.com-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, püskürmə nəticəsində xəsarət alan olmayıb.


Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Hazırda mütəxəssislər vulkanın aktivlik səviyyəsini və ətrafa potensial təsirini qiymətləndirirlər.


Qeyd edək ki, Abşeron yarımadası palçıq vulkanlarının çoxluğu ilə tanınır və bu kimi püskürmələr ərazidə vaxtaşırı baş verir. Mütəxəssislərin fikrincə, bu hadisə bölgənin təbii geoloji proseslərinin davamı kimi qiymətləndirilir.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031