Bakıda professorun meyiti tapıldı

25-04-2025, 10:39 190 dəfə baxılıb

 

Bakıda mənzildən meyit tapılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprelin 24-ü saat 12 radələrində 1947-ci il təvəllüdlü Rahilə Hüseyn qızı Quliyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Yasamal rayonu Şərifzadə küçəsi ev 408 ünvanındakı mənzildə tapılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bildirilib ki, vəfat edən R.Quliyeva Bakı Slavyan Universitetinin Dissertasiya şurasının sədri, Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, filologiya elmləri doktoru olub.

Universitetin rektoru Anar Nağıyev sosial şəbəkədə onun vəfatı ilə əlaqədar başsağlığı paylaşaraq R.Quliyevanın son günlərədək elmi fəaliyyətini davam etdirdiyini və bir neçə gün öncəyədək universitetə gəldiyini qeyd edib.  


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031