Müdafiə naziri Baş Klinik Hospitalı ziyarət edib, hərbi qulluqçuların səhhəti ilə maraqlanıb

20-03-2025, 16:25 83 dəfə baxılıb

 

Müdafiə Nazirliyinin (MN) rəhbərliyi martın 20-də Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib...

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə MN-dən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb. Hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.

Sonra Hospitalın tibb işçiləri ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, burada müalicə və müayinə olunan hərbi qulluqçulara xüsusi həssaslıqla yanaşılması və daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

Sonda müdafiə naziri Hospitalın ərazisində tibb xidmətinin balansında olan, müasir avadanlıqlarla təchiz edilmiş, ambulator xidmətlər üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə tanış olub.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031