Rektor şikayətçi düşən tələbəni hamının gözü qarşısında AŞAĞILADI...

9-11-2026, 10:29 505 dəfə baxılıb

 

21 oktyabr 2026-cı il tarixində saat 18:00-da Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovun ADAU-nun magistr tələbələri ilə görüşü keçirilib. Və bu zaman tələbələrdən biri ilə rektor arasında insident yaşanıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "DİA-AZ"a daxil olan müraciətdə deyilir.

Müraciətdə iddia olunur ki, görüş zamanı tələbələrdən biri tələbə yataqxanasındakı dözülməz şəraitlə bağlı rektoru məlumatlandıraraq şikayətlənib. Bildirib ki, yağış yağanda otaqların bəziləriniə, dəhlizə su damır. Bunda əlavə, natəmizlik səbəbindən otaqlarda artıq hər cür böcəyə, "tarakan"a rast gəlmək olur. Narazı tələbə bununla bağlı rektordan müvafiq tədbirlərin görülməsini xahiş etməsijnə baxmayaraq rektor şikayətçi düşən tələbənin iddialarını yoxlamadan onu acılayıb.

Rektorun həmin tələbəni təxribatçılıqda günahlandırdığı iddia olunur. Zəfər Qurbanov tələbəyə daha da aqressiv davranaraq onun ünvanına başqa ittihamlar da səsləndirib və mətbəx böcəkləri ilə bağlı da bildirib ki, elə natəmizlik tələbələrin özlərindən qaynaqlanır, yəni guya böcəkləri onlar öz evlərindən gətiriblər...

Rektorun digər tələbələr qarşısında aşağıladığı tələbənin baş verənlərlə bağlı ölkə prezidentinə müraciət ünvanladığı da qeyd olunur.

ZƏRURİ QEYD: Bizə tələbənin kimliyi və əlavə təfsilat da məlumdur. Sadəcə müəyyən dəqiqləşdirmələrdən sonra daha geniş bilgiləri təqdim edəcəyik. Bizi izləməyə davam edin...



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30