Azərbaycan polisinə Zəfər Günü təbriki...

7-11-2026, 11:03 397 dəfə baxılıb

 

“Polisə Dəstək” İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsinin veteran komandiri Şəmsəddin Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarının rəhbər heyətinə, şəxsi heyətinə və mülki əməkdaşlarına təbrik ünvanlayıb.
 
Təbrikdə Azərbaycan polisinin ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə göstərdiyi qəhrəmanlıq, fədakarlıq və dövlətə sədaqət xüsusi vurğulanıb, şəhid olmuş polis əməkdaşlarının xatirəsi ehtiramla yad edilib.
 
Yenisirvanli.İnfo.Az təbrik mətnini təqdim edir.
 
Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının rəhbər heyəti, Baş idarə, idarə, şöbə və bölmə rəisləri, komandirlər, sıravi heyət və mülki vəzifələrdə çalışan çoxminli əməkdaşlar!
 
Sizi 8 noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
 
Azərbaycan Polisi Birinci Qarabağ müharibəsindən başlayaraq Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə şərəfli döyüş yolu keçmiş, şəhidlər vermiş, 67 əməkdaş Azərbaycan Milli Qəhrəmanı adına, 4 əməkdaş isə Vətən müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür.
 
Azərbaycan polisinin qəhrəmanlıq salnaməsi dövlətə və xalqa sədaqətin, vətənpərvərliyin, cəsarətin və fədakarlığın canlı təcəssümüdür.
 
Bu əlamətdar gündə hər kəsə can sağlığı, şərəfli xidmətinizdə uğurlar arzulayır, şəhidlərimizin əziz və həmişəyaşar xatirəsini ehtiramla yad edirəm.
 
Qoy Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, xalqımızın rifahı yüksək olsun!
 
Səmimi hörmət və ehtiramla,
 
“Polisə Dəstək” İB-nin sədri,
Birinci Qarabağ müharibəsinin veteran komandiri
 
Şəmsəddin Əliyev"
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30