Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi - FOTO

7-11-2026, 11:02 168 dəfə baxılıb

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə müəllim kimi başlayıb, daha sonra jurnalistika sahəsində çalışıb.
 
Müxtəlif illərdə Rayon Partiya Komitəsinin ikinci katibi, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 1996-2003-cü illərdə Lerik Rayon Təhsil Şöbəsinin müdiri olub, rayonun mədəniyyət sahəsində də rəhbər vəzifə tutub.
 
Qəhrəman Əliyev ədəbi yaradıcılıqla da məşğul olub. "Könlüm vurulub Lerikdə...", "Gəl dağlarla görüşə", "Gəlimli-gedimli dünya", "Ürəyimin dünya dərdi" və digər kitabların müəllifidir. 200-dən artıq elmi-publisistik məqalə yazıb.
 
O, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30