Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

5-11-2026, 09:45 170 dəfə baxılıb

 

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib.

Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən F.İmrəliyev Daşaltı əməliyyatı zamanı yaralanıb.

Füzuli İmrəliyev 2020-ci il dekabrın 9-u Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30