Bakıdakı ən böyük poliklinikalardan birinə yeni baş həkim təyin olunub

5-11-2026, 09:10 98 dəfə baxılıb

 

Bakının Xətai rayonunda yerləşən 7 saylı şəhər poliklinikasına yeni baş həkim təyin olunub. 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qələmzər Tağıyeva adıçəkilən tibb müəssisəsinin baş həkimi vəzifəsinə təyinat alıb. O, əvvəllər 7 saylı poliklinikanın baş həkiminin müavini işləyib. Bu ilin iyulundan isə həm də baş həkimin səlahiyyətlərini müvəqqəti icra edirdi.

Xatırladaq ki, 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova bu ilin iyulunda vəzifəsindən azad olunub.

Qeyd edək ki, bu tibb müəssisəsi Bakının ən böyük poliklinikalarından biridir.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30