Abdullah Öcalan azadlığa çıxıb? - ŞOK İDDİA

2-11-2026, 09:36 211 dəfə baxılıb

 

PKK terror təşkilatının lideri Abdullah Öcalan az müdddət öncə komissiya (Silahsızlanma və Strateji Koordinasiya Alt Komissiyası) üzvü təyin edildi. Komissiya üzvü olduğu andan etibarən məhkumluğu sona çatdı.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Türkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağ deyib.

Siyasətçi bildirib ki, mövcud Türkiyə qanunvericiliyinə görə, məhkum komissiya üzvü ola bilməz: “Abdullah Öcalan hazırda məhkum deyil. Məhkum olmadığı üçün də artıq həbsxanada deyil, onun üçün inşa edilən malikanədə yaşayacaq. Bu malikanə eyni zamanda Öcalanın işləməsi üçün lazımi vasitələrlə təchiz edilib. Bu villada özü, köməkçiləri və gələcəkdə evlənəcəyi şəxs olacaq. Görüşləri burada baş tutacaq. Siyasi fəaliyyətini buradan idarə edəcək.

Bəli, Öcalan azadlığa çıxdı. Bunu cəmiyyətə necə izah etməyi, qəbullandırmağı düşünürlər. Təbii ki, A.Öcalandan elə tələblər gəlir ki, mən belə duyduğumda “Ola bilməz o qədər” deyirəm”.


Yenisirvanli.İnfo.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30