Tanınmış müğənnidən Abel Məhərrəmova İTTİHAM

15-09-2026, 10:58 165 dəfə baxılıb

 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Mona Liza” şadlıq sarayı növbəti dəfə qalmaqalla gündəmə gəlib.

"Real Azərbaycan" xəbər verir ki, Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus olduğu bildirilən şadlıq sarayında müğənnilərdən çıxış etmək üçün pul tələb edildiyi iddia olunur.

Bu barədə müğənni Ülviyyə Namazova bildirib. O qeyd edib ki, “Mona Liza” şadlıq sarayında keçiriləcək bir məclisdə çıxış etmək üçün dəvət alıb.

Lakin res"toranın administratoru olan İmdad adlı şəxs ondan çıxış üçün 500 manat pul tələb edib.

“Toy üçün ev sahibi beh də atıb. Restoran administratoru isə deyir ki, 500 manat ver, sonra gəl, oxu. Niyə bizim çörəyimizlə oynayırsınız?” – deyə müğənni bildirib.

Məsələ ilə bağlı sözügedən restoranla əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfi dinləməyə hazırıq. 



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930