Pediatrdan 1-cilərlə bağlı XƏBƏRDARLIQ

15-09-2026, 10:37 57 dəfə baxılıb

 

Pediatr Vaqif Qarayev bu il məktəbə başlayan 1-sinif şagirdlərinin vaıideynlərinə müraciət edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, həkimim sözlərinə görə, valideynlərin “uşağım yemir, yatmır, əsəbidir, oyanıqdır” tipli şikayətləri başlayacaq:

“1-cilər üçün bu tip şikayətlərin mövsümü başlayır. Bu uşaqlar üçün məktəb həm fiziki, həm də psixoloji baxımdan yeni bir mühitdir. Adaptasiya üçün vaxt lazımdır.
İlk növbədə yuxu rejimini tənzimləmək vacibdir. Səhərlər mütləq yemək yeməlidir. Məktəbdən gələndən sonra uşaq mütləq dincəlməlidir”.

Pediatr bu ərəfədə uşaqları əlavə məşğələlərə yazdırmağı da məsləhət görmür:

“Müxtəlif qruplara, dərnəklərə aparsanız yuxarıdakı şikayətlər qaçılmaz olacaq!

6 yaşlı uşaqdan Eynşteyn düzəltmək mənasızdır!”.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930