"Mənim hər hansı tənqidi yazımı xaricdən və ya başqa şəxslər tərəfindən səhifəmdən götürüb paylaşmaları tamamilə mümkündür..."
Mediatv.az xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında tanınmış şair, əslən Kəlbəcər rayonundan olan Səxavət Kəlbəcərli yazır.
O daha sonra özünün etiraz dolu müraciətində belə davam edir: "Artıq Cavid Qurbanovun yaxın çevrəsindən olan şəxslərin “sənin yazını filankəs xaricdə paylaşıb” kimi sözlər yaydığını eşidirəm. Görünür, haqqımda hansı qarayaxma və əsassız ittihamlardan istifadə etməyə çalışacaqları hələ məlum deyil.
Mən möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə xələl gətirən məmurların fəaliyyətinə qarşı çıxmışam və bu mübarizəmi bu gün də davam etdirirəm. Məqsədim dövlətə və xalqa zərər vuran halların diqqətə çatdırılması, problemlərin aradan qaldırılması və dövlət siyasətinin yerlərdə düzgün icra olunmasına nail olmaqdır.
Tənqidi fikirlərimə cavab vermək əvəzinə haqqımda müxtəlif söz-söhbətlər yaymaq, məni hansısa şəxslərlə əlaqələndirmək və qarayaxma kampaniyası aparmaq cəhdləri varsa, bunların da ictimaiyyət tərəfindən düzgün qiymətləndiriləcəyinə inanıram.
Mən bundan sonra da qanun çərçivəsində, açıq və prinsipial şəkildə mövqeyimi ifadə edəcəyəm..."
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.