Diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar

12-09-2026, 11:23 64 dəfə baxılıb

 

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında paylaşdığı videonun üzərində yazıb.

"Diplomatik korpus nümayəndələri ilə Şuşa və Xankəndiyə səfərimizin ilk günündən. Hazırda Ağdərə və Kəlbəcərə yollanırıq", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, sentyabrın 11-də Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başlayıb.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930