Kəlbəcərdə yarım milyon manatlıq yeni layihə

10-09-2026, 11:03 42 dəfə baxılıb

 

Kəlbəcər rayonunun turizm potensialının inkişafına mühüm töhfə verəcək Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb.

Yenisirvanli.İnfo.Az Musavat.com-a istinadla xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması məqsədilə layihənin 1-ci mərhələsi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma proseduru həyata keçirilib. Satınalma prosedurunun qalibi “Archico Project” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin ümumi məbləği 503 860 manat təşkil edir.

Layihənin konsultantı qismində Fransanın PGI şirkəti də prosesə cəlb olunub.

Layihənin Kəlbəcərin gələcək inkişafına töhfə verəcəyi proqnozlaşdırılır. Layihənin reallaşdırılması regionun turizm potensialının yeni mərhələyə yüksəlməsinə və Kəlbəcərin turizm xəritəsində mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Qeyd edək ki, Kəlbəcərin relyefi, iqlimi qış turizmi üçün unikallığı ilə seçilir. Bu üstünlüklər rayon ərazisində qış kurort turizmi üçün əlverişli imkanlar yaradır.

Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması rayonda məskunlaşma prosesinə və iqtisadi inkişafa müsbət təsirini göstərək.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930