Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?

9-09-2026, 10:45 320 dəfə baxılıb

 

Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda Ermənistandan Azərbaycana məhsul idxalı da gündəmə gəlib. 2026-cı ilin martında Azərbaycana Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edilib, hazırda isə qarşılıqlı ticarətin genişləndirilməsi müzakirə olunur.

Bəs, Ermənistan məhsullarının Azərbaycana idxalının genişlənməsi daxili bazarda qiymətlərə və rəqabətə necə təsir göstərə bilər? İdxalın həcmi artarsa, bu, eyni məhsulların qiymətlərinin azalmasına səbəb ola bilərmi, yoxsa təsir məhdud qalacaq?
Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?

Yenisirvanli.İnfo.Az bildirir ki, mövzu ilə bağlıaçıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, idiki halda Ermənistandan idxalın Azərbaycan bazarına təsiri əhəmiyyətsiz olacaq. Çünki hazırda hansı məhsulların və hansı həcmdə idxal edildiyi açıqlanmır.

"Ermənistandan idxal məhdud həcmdə olduğu üçün bunun bazara ciddi təsir göstərəcəyi gözlənilmir. Gələcəkdə isə iki ölkə arasında ticarət əlaqələri, idxal-ixrac əməliyyatları genişlənərsə, bunun daxili bazarda qiymətlərə müəyyən təsirləri ola bilər. İxrac olunan məhsulların həcminin artması daxili bazarda qiymətlərə artırıcı, idxalın genişlənməsi isə müəyyən hallarda azaldıcı təsir göstərə bilər. Xüsusilə bazar tərəfindən qiyməti formalaşan və dövlət tərəfindən tənzimlənməyən məhsulların böyük həcmdə ixracı həmin məhsulların daxili bazardakı qiymətinin artmasına səbəb ola bilər".

Ekspert bildirib ki, müəyyən məhsulların kifayət qədər böyük həcmdə idxal olunması bazarda təklifin artmasına və qiymətlərin aşağı düşməsinə təsir göstərə bilər:

"Lakin bunun baş verməsi üçün idxal və ya ixracın kifayət qədər böyük həcmdə olması lazımdır. Yalnız o halda bazarda yaranan bolluq və ya məhsul çatışmazlığı qiymətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər".



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930