Lənkəranda 2 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTO

16-03-2025, 20:28 90 dəfə baxılıb

 

Azyaşlının elektrik cərəyanı vurması ilə bağlı Lənkəran rayon mərkəzi xəstəxanası açıqlama verib.
Bakupost.az xəbər verir ki, xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-ya bildirib ki, bu gün elektrik cərəyanı vurması səbəbilə 2023-cü il təvəllüdlü azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Azyaşlı şöbəyə daxıl olarkən həyat əlamətləri olmayıb, təcili yardım şöbəsinin həkimlərinin uğurlu müdaxiləsi nəcəsində uşağa dərhal ürək ağciyər reanimasiyası tətbiq olub.
Müdaxilələrdən sonra azyaşlının ürək fəaliyyəti bərpa olunub, vəziyyəti stabilləşib, Reanimasiya şöbəsinə yerləşdirilib.
Daha sonra azyaşlı Bakı şəhərində yerləşən Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.
***
21:58
 
Lənkəranda 2 yaşlı uşağı elektrik cərəyanı vurub.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, Sabirabad rayon sakini 2023-cü il təvəllüdlü A.Səmədzadə(qız uşağı) elektrik cərəyanı vurması nəticəsində ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Uşağa ilkin tibbi xidmətlər göstərilib və ürək fəaliyyəti uğurla bərpa olunub.
İlkin məlumata görə, A.Səmədzadə soyuducunun cərəyan hissəsinə toxunub.
Qeyd edək ki, hazırda A.Səmədzadə müalicəsinin davamı üçün Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.
Fakt araşdırılır.
Yenisirvanli.İnfo.Az  

Lənkəranda 2 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTO - YENİLƏNİB
Lənkəranda 2 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTO - YENİLƏNİB
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930