Xalq artisti Aleksandr Şarovski vəfat edib

9-09-2026, 09:20 112 dəfə baxılıb

 

Bu gün Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib.

Yenisirvanli.İnfo.Az bildirir ki, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında paylaşım edib.

“Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!”, – paylaşımda deyilir.

Qeyd edək ki, 78 yaşlı A.Şarovski Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə alırdı.

Aleksandr Şarovski 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən taleyini 50 il ərzində çalışdığı S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına bağlayıb. Bu səhnədə aktyor kimi həyat verdiyi Rezo (“Premyera”, L.Roseb), Eldar (“Qum üzərində ev”, R.İbrahimbəyov), Şeyx Sənan (“Şeyx Sənan”, H.Cavid), Fərhad (“Fərhad və Şirin”, S.Vurğun), Henrix (“Kral Lir”, V.Şekspir), Mehmandarov (“Neft bumu”, M.İbrahimbəyov) – ümumilikdə 50-dən çox obraz tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Aleksandr Şarovski 1978–1990-cı illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında rejissor assistenti, 1991-ci ildən quruluşçu rejissor, 1993-cü ildən 2026-cı ilədək baş rejissor kimi fəaliyyət göstərib. Bu illər ərzində 50-dən artıq tamaşaya quruluş verib.

Sənətkar eyni zamanda “Yarımçıq qalmış mahnı” (1979), “Anın quruluşu” (1980) “Qorxma, mən səninləyəm” (1981) və “Lətifə” (1989) filmlərində çəkilib, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

O, respublikanın “Əməkdar artist” (1987), “Xalq artisti” (1998) fəxri adlarına, “Şöhrət” (2008), “Şərəf” (2018), “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930