Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərib

8-09-2026, 10:32 182 dəfə baxılıb

 

“Şəki Dövlət Regional Kolleci” Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib.

Məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Şərifov Sərdar Ənvər oğlu vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Bu ilin aprel ayında Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini təyin olunan Günel Mustafayeva direktor əvəzi təyin edilib.

Qeyd edək ki, 2020-ci ildə Şəki Pedaqoji Kolleci, Şəki Musiqi Kolleci və Şəki Dövlət Texniki Kollecinin birləşdirilməsi nəticəsində Şəki Dövlət Regional Kolleci yaradılıb. Həmin ildən kollecin direktoru vəzifəsində çalışan Sərdar Şərifov Baş nazirin sabiq müavini Abid Şərifovun qardaşı oğludur/qaynarinfo.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930