Türkiyədə meşə yanğını: əhali yaşayış məntəqələrindən təxliyə olunub - FOTOLAR

8-09-2026, 10:05 240 dəfə baxılıb

 

Türkiyənin Antalya bölgəsindəki meşə yanğını qarşsıalınmaz frazaya daxil olub.

Yenisirvanli.İnfo.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Antalyanın Aksu rayonunda başlayan meşə yanğını güclü küləyin təsiri ilə sürətlə genişlənib.

Məlumata görə, 866 nəfərlik şəxsi heyət, 149 su tankeri, 7 TOMA avtomobili və 25 tikintitexnikasiyla  müdaxilə edilən yanğının təhdid etdiyi yaşayış məntəqələrindən əhalinin təxliyyəsinə başlanılıb.

 Antalya Böyükşəhər Bələdiyyəsinin sədr müavini Büşra Özdəmir deyib ki, yanğının qarşısını alınması üçün hətta sərəncamlarına yeni verilən nömrəsiz texnikaları da işə salıblar: “Bütün gücümüzlə yanğını söndürməyə çalışırıq. Təhlükə altında olan yaşayış məntəqələrindən vətəndaşlar, o cümlədən heyvanlar təxliyə olunur. Ətraf bölgələrdən də köməyimizə gələnlər var. Gecə boyu yanğının  ərazidəki yaşayış məntəqələri və fabrikə keçməməsi üçün işçilər durmadan fədakarlıqla çalışıblar. Hazırda güclü külək işimizi çox çətinə salıb. İnşallah, yanğını nəzarətə alacağıq..."

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930