Fəhlə yoldaşını “rezak”la vuran gəncə hökm oxundu

19-02-2025, 10:45 4 dəfə baxılıb

 

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Murad Qurbanovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 Yenisirvanli.İnfo.Az  xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

 İttihama görə, hadisə 17 dekabr 2024-cü il saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb.

 Belə ki, 2003-cü il təvəllüdlü Murad Qurbanov fəhləlik fəaliyyəti ilə məşğul olduğu yaşayış kompleksi ərazisindəki binanın qarşısında tanışı olan iş yoldaşı, zərərçəkmiş Bəkir Bəkirovla (şərti) mübahisə edib. Buna səbəb zərərçəkmişin ona zarafat etməməsi və işlə məşğul olması deməsi olub. Bu zaman Murad əlindəki “rezak”la zərərçəkmiş şəxsin sol baldır nahiyəsindən qəsdən vuraraq xəsarət yetirib.

Hadisədən sonra Murad Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Yenisirvanli.İnfo.Az   






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930