Türkiyənin "C-130" hərbi yük təyyarəsi Azərbaycan sərhədindən beş kilometr aralıda qəzaya uğrayıb - RƏSMİ

11-11-2025, 17:17 136 dəfə baxılıb


Türkiyənin "C-130" hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən 5 kilometr aralıda qəzaya uğrayıb.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.


Qeyd olunur ki, hadisə Siqnaqi bələdiyyəsində baş verib.


Qəza ilə bağlı artıq araşdırmalara başlanılıb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə aparılır. Həmin maddə hava nəqliyyatı hərəkətinin və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.


Qəzanın səbəbi və təyyarədəki hərbçilərin sayı barədə məlumat hələlik açıqlanmayıb.


Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə gürcüstanlı həmkarı Gela Geladze ilə telefonla danışdığını və onun hadisə yerinə getdiyini açıqlayıb.


16:36


"Azərbaycandan ölkəmizə gəlmək üzrə havaya qalxan "C-130" hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb".


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.


Qeyd edilib ki, axtarış-xilasetmə işlərinə Azərbaycan və Gürcüstan qurumları ilə koordinasiyalı şəkildə başlanılıb.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031