Hərbi Prokurorluqda Zəfər gününə həsr olunmuş tədbir - Fotolar

7-11-2025, 09:27 145 dəfə baxılıb


Hərbi Prokurorluqda Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçusunun iştirakı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi liderin əziz xatirəsi ehtiramla yad edilib. 


Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.


Tədbiri açıq elan edən Azərbaycan Baş prokurorunun müavini - Hərbi prokuror Bəhruz Əhmədov Zəfər bayramı münasibətilə xalqımızı, o cümlədən hərbi qulluqçuları və Hərbi Prokurorluğun kollektivini təbrik edib, tarixi zəfərin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz rolundan, habelə döyüşlərdə hərbiçilərimizin şücaətindən danışıb.


Vurğulanıb ki, prokurorluq orqanları, o cümlədən Hərbi Prokurorluq əməkdaşları həmin günlərdə təkcə hüququ və ədaləti qorumaqla kifayətlənməyib, eyni zamanda vətəndaşlıq və insanlıq borcunu layiqincə yerinə yetirib, vətən sevgisi nümayiş etdirib. 


Daha sonra “Şəhidə məktub” adlı film nümayiş etdirilib.



 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031