Prokuror Ağadadaş Ağayevə cəza istəyib- Məhkəmə işi

27-02-2025, 18:00 271 dəfə baxılıb

 

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Ağadadaş Ağayevə verilmiş ittihamın məhkəmə araşdırmaları zamanı təsdiqini tapdığını bildirib. Məhkəmədən xahiş edib ki, Ağadadaş Ağayevin Cinayət Məcəlləsinin 221-ci – xuliqanlıq maddəsi ilə təqsirli bilinsin və barəsində 2 il azadlıqdan məhrumetmə cəzası çıxarılsın.

Prokuror ittiham nitqinin davamında bildirib ki, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab olunsun.

Ağadadaş Ağayev balta atdığı mühafizəçi Nurəddin Cəlilovla barışıq sazişi imzalayıb.

Hakim müğənninin vəkili Asim Abbasova müdafiə çıxışına hazırlanması üçün vaxt verib.

Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıblar.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham olunurdu.

Ağadadaş Ağayevlə birgə onunla dava edən mühafizəçi Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bir qədər sonra Nurəddin Cəlilovun işi üzrə də prokurorun çıxışı gözlənilir.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930