“Zeyd” restoranı Bakının mərkəzində səkini belə zəbt edib-FOTOLAR

27-02-2025, 17:57 9 dəfə baxılıb

 

“Zeyd” restoranı səkinin əsas hissəsini zəbt edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Zeyd” restoranı piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt edib.

Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.

Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.

Sakinlər bildirir ki, səkini zəbt edən restoran çöldəki fəaliyyətini əsasən isti aylarda bərpa edirmiş. İndi isə əlavə şüşə arakəsmələr gətirilib və restoranın səkidə olan qanunsuz hissəsində əlavə işlər görülür ki, indi də fəaliyyət göstərə bilsinlər.(Musavat.com) 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031