Baş redaktor Deputat Heydər Əsədovun təşkil etdiyi görüdə iştirak etdi
Milli Məclisin deputatı Heydər Əsədov 05.06.2025 tarixində Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib.
Bu barədə YeniSirvanli.İnfo.Az saytı məlumat verir.
Görüş YAP Şirvan şəhər təşkilatı sədri Zahir Qəhrəmanov və Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevanın iştirakı ilə baş tutub.
Millət vəkili qəbul zamanı müxtəlif əhali və iş qrupundan olan vətəndaşların müraciətlərini dinləyib,onları narahat edən problemlərlə maraqlanıb və təklifləri ilə tanış olub.
Görüşdə YeniSirvanli.İnfo.Az İctimai-Siyasi İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Qurbanxan Dəmirov və şəhər sakini-fəal aktivist Qiyas Həsənov da iştirak edərək sakinlərin iradəsini ifadə edən məsələləri millət vəkilinin diqqətinə yönəldiblər.
Baş redaktor şəhər sakinlərini düşündürən ən önəmli əhəmiyyət kəsb edən məsələlərlə bağlı haqlı narahatlığını bildirmiş, şəhərin 1 nömrəli problemi hesab olunan “zibil poliqonu” nun həlli ilə bağlı fikirlər səsləndirmişdir.
Daha sonra köhnə şəhər sakinlərinin haqlı narahatlıqlarını ifadə edərək onlar üçün ən önəmli əhəmiyyət kəsb edən “Şirvanneft” İdman zalı ilə bağlı mövzuya toxunmuş, heç bir əsas olmadan uzun müddətdən bəri bağlı qaldığını, habelə istismara verilməsi üçün tələb olunan əsaslı təmir məsələsini də deputatın nəzərinə yönəltmişdir.
Deputat qeyd olunan məsələlərlə tanış olduqdan sonra sadalanan problemlərin həlli istiqamətində baş redaktora müvafiq köməklik göstərəcəyini bildirmişdir.
Qəbulu bitirdikdən sonra isə millət vəkili bir neçə şəhid ailəsini ziyarət edib, onların sosial, məişət və digər qayğıları ilə maraqlanıb.
Müalicəyə ehtiyacı olanlar üçün yardımlar edilib, məişət texnikalarına və təmirə olan ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilib.
P.S. Xatırladaq ki, Heydər Xanış oğlu Əsədov YAP-ın 51 saylı Şirvan seçki dairəsindən namizədliyini irəli sürmüş və seçkilərdə 12 min 629 səslə (67,3 faiz) qələbə qazanmışdır.
YeniSirvanli.İnfo.az





Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: