Günay Malikqızının başı dərddə: Fuad Nəcəfli mətbuat katibinə xəbərdarlıq etdi

5-06-2025, 10:38 706 dəfə baxılıb

 

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Naxçıvanda keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “Mediafest-2025” ümumilikdə müsbət qarşılanmaqla yanaşı, bəzi narazılıqlara da səbəb olub.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin təşəbbüsü və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin təşkilatçılığı ilə baş tutub. Lakin tədbirdə iştirakçı seçimi ilə bağlı etirazlar bir neçə gündür ki, medianın gündəmini zəbt edib.

Tribunainfo.az xəbər verir ki, xüsusilə, nümayəndəliyin mətbuata cavabdeh əməkdaşı Günay Malikqızının özfəaliyyətə yol verərək, tədbirdə hazırda fərqli sahələrdə çalışan keçmiş iş yoldaşlarına, rəfiqələrinə üstünlük verməsi ciddi narazılıq doğurub. Peşəkar jurnalistlər bu yanaşmanı tənqid edərək bildirirlər ki, tədbirə dəvət meyarları şəffaf olmayıb və peşəkarlıq prinsiplərinə deyil, şəxsi münasibətlərə əsaslanıb: “Sadəcə bir neçə nüfuzlu şəxs gözdən pərdə asmaq naminə dəvət edilib. Bu formada təşkilatçılıq Cənab Prezident İlham Əliyevin şəxsində dövlətin mediaya olan diqqət və qayğısına adekvat deyil”.

Etirazlar təkcə sosial şəbəkələrlə məhdudlaşmır, mövzu bir sıra media orqanlarında müzakirə edilir.

Maraq doğuran məqamlardan biri də odur ki, Günay Malikqızı özünün şəxsi sosial şəbəkə hesabında paylaşdığı bir postda tədbirə dostlarının dəvət olunduğunu açıq şəkildə etiraf edib. Yəni meyar peşəkarlıq, tədbirə uyğunluq deyil, “dostluq” olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, məlumata görə, narazılıqların miqyası böyüyərək Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə qədər çatıb.

Məsələyə şəxsən münasibət bildirən Fuad Nəcəfli vəziyyəti araşdırdıqdan sonra tədbirə bir çox peşəkar və haqqı çatan media nümayəndələrinin deyil, məhz Günay Malikqızının yaxın ətrafının tədbirə dəvət olunduğunu müəyyən edib.

Bu səbəbdən Malikqızına tədbirin reputasiyasına xələl gətirdiyinə, eləcə də Naxçıvan rəhbərliyinin əməyi və təşəbbüsünü kölgəyə saldığına görə ciddi xəbərdarlıq edildiyi bildirilir.//Editor.az



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031