AKF ilə AMTTF arasında dava: Adil Əliyevlə Araz Musayev arasında nə baş verib?

25-03-2025, 11:41 204 dəfə baxılıb

 

Son bir neçə gündür Azərbaycan Kikboksinq Federasiyası ilə Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının sədri Araz Musayev arasında mübahisə qızışıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, məsələ artıq tərəflərin media açıqlamalarından da aydın görünür.

Araz Musayev bildirib ki, rəhbəri olduğu federasiyanı onun əlindən almaq istəyirlər. “Federasiyanı təhvil verməyi tələb edirlər, sonra da saxta xəbərlər yayırlar. Bunu dayandırın”.

Kinqboksinq Federasiyası isə bəyan edib ki, Muay-Tay və Tayboksinq Federasiyası 2016-cı ildən onların tərkibinə qatılıb. Həmin qərara əsasən də Azərbaycan Kikboksinq Federasiyasının razılığı olmadan ölkə ərazisində, beynəlxalq muaytay idman təşkilatlarının keçirdiyi yarışlarda iştirak edən və bu yarışlarda nailiyyət əldə edən idmançıların nəticələri qeydə alınmayacaq. “Özünü 9 qat dünya və Avropa çempionu kimi qələmə verən Araz Furqan oğlu Musayev Gənclər və İdman Nazirliyinin Kollegiyal qərarına qarşı itaətsizlik edir, federasiyaya qarşı əsassız iddialar səsləndirir: Onun iddia etdiyi nəticələr isə həqiqətə uyğun deyil”.

Qeyd edək ki, Azərbaycan Kinqboksinq Federasiyasına uzun illər hazırda Suraxanın icra başçısı olan Adil Əliyev başçılıq edib. Elə hazırda da o, Federasiyanın Fəxri Prezidentidir. Qurumun prezident isə Orxan Əliyevdir və onun da Adil Əliyevin adamı olduğu deyilir.

Bəzi məlumatlara görə, Araz Musayevin rəhbəri olduğu federasiyanı onun əlindən almaq istəyirlər. Elə bu mərəkənin də ona görə, baş qaldırdığı güman olunur. Hətta iddialar var ki, bu işin həyata keçməsini icra başçısı Adil Əliyev istəyir. Yəni, bu, onun şəxsi istəyi kimi göstərilir. Lakin tərəflər arasındakı bu hüsumətin nədən qaynaqlandığı məlum deyil.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.Tribunainfo.az

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930