Çində yaşayış binasında yanğın zamanı 14 nəfər öldü

9-11-2026, 10:20 211 dəfə baxılıb

 

Çinin şimalındakı Şansi əyalətinin Tayüan şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 14 nəfər həyatını itirib.
 
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
 
Yanğın noyabrın 8-də yerli vaxtla saat 16:59-da şəhərin İnqze rayonunda yerləşən “Haosheng International Apartment” kompleksində başlayıb.
 
“Reuters“ agentliyinin məlumatına görə, yanğının açıq alovunu təxminən iki saat ərzində söndürmək mümkün olub. Axtarış-xilasetmə əməliyyatı həmin gün axşam saatlarında başa çatıb.
 
Hadisə nəticəsində 38 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatlarda beş nəfərin öldüyü bildirilsə də, sonradan ölənlərin sayı 14-ə çatıb.
 
Çin mediasının məlumatına görə, kompleks bir-birinə bitişik iki binadan ibarətdir. Təxminən 40 mərtəbəli əsas binada yaşayış mənzilləri, ona bitişik doqquzmərtəbəli binada isə hotellər, tədris mərkəzləri və digər kommersiya obyektləri yerləşir.
 
Yanğın məhz doqquzmərtəbəli hissədə başlayıb.
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30