İsrail Livanda 16 min hektardan çox əkin sahəsini yandırıb

7-11-2026, 10:20 51 dəfə baxılıb

 

İsrail Livanda 16 min hektardan çox əkin sahəsini yandırıb.

Yenisirvanli.İnfo.Az xarici mətbuata istinadla bildirir ki, bu, 2023-cü ildən bəri Livanın cənubunda qeydə alınan rəsmi statistikadır.

Bildirilib ki, İsrail bu məqsədlə 1880 ton partlayıcı maddə istifadə edib.

Livan Ətraf Mühit naziri Tamara əz-Zeyn bu barədə 6 noyabrda  açıqlama verib.

O bildirib ki, Livan kənd təsərrüfatı torpaqlarının və meşələrin yandırılması, təbii ərazilərin məhv edilməsi, fermerlərin məhsullarını və dolanışıqlarını itirməsi və İsrail bombardmanları nəticəsində cənub bölgələrinin dəyişən siması kimi geniş yayılmış ekoloji ziyanla üzləşib: "2023-cü ilin oktyabrından 2026-cı ilin sentyabrına qədər İsrailin fosfor bombaları və digər sursatlardan istifadə edərək həyata keçirdiyi partlayışlar nəticəsində Livanda 16.000 hektardan çox kənd təsərrüfatı və meşə sahəsi yox edilih".



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30