ABŞ-da aralıq seçkiləri başlayır: İlk məntəqələr nə vaxt açılacaq?
ABŞ-da Konqresə aralıq seçkiləri üzrə şəxsən səsvermə başlayır.
Məlumata görə, ABŞ-da ilk seçki məntəqələri yerli vaxtla saat 06:00-da, Bakı vaxtı ilə 15:00-da açılacaq. Şərq ştatlarında, o cümlədən İndiana və Kentukkidə ilk məntəqələrin bağlanması isə Bakı vaxtı ilə noyabrın 4-də saat 02:00-dan başlayacaq.
Məntəqələr bağlandıqdan sonra “Associated Press”, CNN, “Fox News” və NBC kimi böyük media qurumlarının ilkin sorğu nəticələrini – exit-poll məlumatlarını açıqlaması gözlənilir. Bununla belə, rəsmi nəticələrin elan edilməsi bir neçə gün, hətta həftə çəkə bilər.
Seçkilərin yekun nəticələrinin hüquqi baxımdan dekabrın sonunadək rəsmiləşdirilməsi nəzərdə tutulur. Yeni seçilmiş senatorlar və Nümayəndələr Palatasının üzvləri isə 2027-ci il yanvarın 3-də and içərək vəzifələrinin icrasına başlayacaqlar.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: