ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq

12-09-2026, 11:17 66 dəfə baxılıb

 

Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin gələn həftə ABŞ Nümayəndələr Palatasında səsverməyə çıxarılması planlaşdırılır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “Bloomberg“ məsələ ilə tanış mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Senatı qanun layihəsini ötən ay böyük səs çoxluğu ilə təsdiqləyib. Layihənin müəllifi mərhum senator Lindsi Qremdir.

Qanun layihəsi ABŞ Prezidenti Donald Trampa Rusiyadan xam neft və təbii qaz alan beş ən böyük ölkəyə, həmçinin Rusiyaya enerji sanksiyalarından yayınmağa ən çox kömək edən beş ölkəyə qarşı 100%-lik tariflər tətbiq etmək səlahiyyəti verəcək.

Çin, Hindistan və Türkiyə Rusiyanın neft məhsullarının ən böyük alıcıları sırasında göstərilir.

“Bloomberg“in mənbəsinin məlumatına görə, qanun layihəsinin qəbul edilməsi üçün Nümayəndələr Palatasında sadə səs çoxluğu kifayət edəcək.

Nümayəndələr Palatasında əvvəllər sənədin Trampın tarif tətbiq etmək səlahiyyətlərini genişləndirə və neft qiymətlərinin artmasına səbəb ola biləcəyindən narahatlıq ifadə olunurdu. Buna baxmayaraq, Palata rəhbərliyi qanun layihəsinin müzakirəsini davam etdirmək qərarına gəlib.

Bildirilir ki, layihə həm respublikaçıların, həm demokratların, eləcə də Ağ Evin dəstəyinə malikdir. (APA)



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930