Suriyadan Türkyəyə qarşı qəzəb doğuran addım - "Türk dili" dərslikdən çıxarıldı, yerinə fransız dili salındı

9-09-2026, 10:23 183 dəfə baxılıb

 

Suriyanın təhsil sektorunda Türkiyəyə qarşı gözlənilməz qərar verilib.

Yenisirvanli.İnfo.Az Türkiyə mətbuatına istinadla bildirir ki, qərara əsasən, seçmə dərs statusundan türk dilinin tədrisi  çıxarılıb. Diqqətçəkən digər məqam isə odur ki, türk dilinin yerinə fransız dilinin tədrisi salınıb.

Məlumata görə, qərar Suriyadakı Türkmən nümayəndələri ilə yanaşı, Dəməşqdəki Türkiyə səfirliyinin dəe etirazına  səbəb olub: "Onlar bu qərarın ləğvi üçün rəsmi dairərlə danışıqlara başlayıb. Məsələ artıq  Prezident Əhməd Şaranın səviyyəsinə qədər qaldırılıb. Nəticə gözlənilir"

Suriya Milli Təhsil Nazirliyindən isə bildirilib ki, Əsəd dövründən qalma tədris planı üzərində yenilənmə aparılır və bu səbəbdən  türk dilini seçmə dil kateqoriyasından çıxarılıb.

Xəbərdə o da deyilir ki, 2024-2026-cı illər arasında 600.000-dən çox suriyalı Türkiyədən qayıdıb və onlar da türk dilinin tədrisini tələb edirlər.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930