Husilər Səudiyyə Ərəbistanına hücum etdi: 70-dən çox yaralı

8-09-2026, 10:35 68 dəfə baxılıb

 

Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının Səudiyyə Ərəbistanı ərazisinə endirdiyi zərbələr nəticəsində 73 nəfər yaralanıb.


Yenisirvanli.İnfo.Az bildirir ki, husilər Səudiyyə Ərəbistanının Əbha, Xamis Muşayt, Cizan və Nəcran şəhərlərindəki mülki və iqtisadi obyektləri hədəf alıb.

Husi və İran mediası da Səudiyyə Ərəbistanında hədəflərə, xüsusən də Abha Beynəlxalq Hava Limanı, Kral Xalid Hava Bazası, Abha və Cizandakı Aramco neft şirkətinin obyektlərinə zərbələr endirildiyi barədə məlumat yayıb.

Qeyd edək ki, husilər bir gün əvvəl Ər-Riyadı Yəmən ərazisinə zərbələr endirməkdə günahlandırıblar. Hüsilərin məlumatına görə, Əl-Cəvf əyalətindəki həbsxananın atəşə tutulması nəticəsində bir uşaq da daxil olmaqla ən azı 11 nəfər həlak olub.

 Daha 20 məhbus dağıntılar altında qalıb.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930