Kiyev əhalisinin köçürülməsi təklif olunur
“Ukraynanın gələn qış mövsümünədək hava hücumundan müdafiə üçün yetərli sayda “Patriot” raketləri ala biləcəyi ehtimalı aşağıdır. Bu səbəbdən rəsmi Kiyev paytaxt əhalisinin öncədən təxliyəsi planını nəzərdən keçirməlidir”.
Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Ukrayna Prezidentinin müstəqil müşaviri, rabitə və PUA sistemləri üzrə mütəxəssis Sergey Beskrestnov Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində bildirib.
Mütəxəssis vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin təcili olaraq “Patriot” raketlərinə ehtiyacı var, lakin müttəfiqlərin bu tələbatı qışa qədər tam ödəyə biləcəyinə şübhə ilə yanaşır:
“Enerji böhranının fəsadlarını nəzərə alaraq, xüsusilə Kiyev rəhbərliyi mülki əhalinin əvvəlcədən təxliyə olunması imkanlarını qiymətləndirməlidir”, - deyə Beskrestnov əlavə edib.
Qeyd edək ki, Rusiya tərəfi Ukraynanın hərbi və energetika infrastrukturlarına kütləvi raket zərbələrinin davam etdiriləcəyini bəyan edib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: